AZ

Naxçıvanda üç ayda 40 icarə müqaviləsi bağlanıb

Naxçıvanda

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvanda daşınmaz dövlət əmlakı və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk üç ayında 40 icarə müqaviləsi bağlanılıb. Bunun 47,5 faizi qeyri-yaşayış sahələri üzrə, 52,5 faizi isə torpaq sahələrinə dair olub.

 

 

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla