AZ

"Mançester Siti" "Real"ı, "Bavariya" "Arsenal"ı qəbul edəcək

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son matç günündə 2 qarşılaşma keçiriləcək. "Mançester Siti" "Real"ı qəbul edəcək. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb. "Arsenal" isə "Bavariya"nın qonağı olacaq. Sözügedən komandalar 1-ci oyunda 2:2 hesablı heç-heçə ediblər.

Qeyd edək ki, PSJ və "Borussiya" (Dortmund) yarımfinala vəsiqə qazanıb.

17 aprel

23:00. "Mançester Siti" - "Real"

İlk oyun - 3:3

23:00. "Bavariya" - "Arsenal"

İlk oyun  - 2:2

Seçilən
177
23
Mənbələr
Şərh ()
Bağla