AZ

UNEC beynəlxalq reytinqində dünya universitetləri ilə eyni qrupa daxil olub

Bakı. Trend:

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in(Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığıreytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünyauniversitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digəruniversitetlərdən də öndə yer alıb.

Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC "İqtisadiyyatvə ekonometrika" fənni sahəsi üzrə Böyük Britaniyanın AstonUniversiteti, Türkiyənin Sabançı Universiteti, Çinin ShanghaiUniversiteti, İsveçrənin Basel Universiteti, Qatar Universiteti,ABŞ-ın Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, FloridaDövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupadaxil olub.

Eləcə də, UNEC həmin reytinqdə ABŞ-ın Louisiana Dövlət,Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük BritaniyanınLeicester (401-450), Türkiyənin İstanbul (451-500), Hacettepe,ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən(501-550) önə çıxıb.

Seçilən
52
15
Mənbələr
Şərh ()
Bağla