AZ

Hraparak: “Paşinyan gələcək polis vəhşiliklərinə yaşıl işıq yandırdı”

“Dünən Nikol Paşinyan Daxili İşlər Nazirliyində polisin yaranmasının 106-cı ildönümünə həsr olunmuş kollegiyanın təntənəli iclasında çıxış edərək cəmiyyətə vacib mesaj göndərib”.

KONKRET.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, baş nazir gələcək polis vəhşiliklərinə yaşıl işıq yandırıb.

Nəşr Nikol Paşinyanın bu fikrini əsas gətirib: “Polis güc strukturu deyilsə və ya polisin güc tətbiq etmək hüququ və imkanı yoxdursa, həmin xidmət öz məzmununa görə mənasız olacaq”. Hraparak daha sonra yazır: “Yeri gəlmişkən, bu sözlər deyilən anda Akop Aslanyanı nəqliyyatda təhqir edən gənci polislər bölməyə vəhşicəsinə, döyə-döyə aparırdı”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla