Bakı. Trend:
Bakıda nəqliyyat vasitəsi qaçırılıb.
Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW”markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumatdaxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyatvasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyevsaxlanılıb.
Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmaaparılır.