- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib.
APA DİN-ə istinadən xəbər verir ki, nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb.
Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.