AZ

Mbappe mövsümdə ilki bacardı

PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona"nı məğlub edib - 4:1.

Futbolpress.az xəbər verir ki, parislilərin hücumçusu Kilian Mbappe görüşdə dubl edib və bu mövsüm vurduğu qolların sayını 41-ə çatdırıb.

Forvard Liqa 1-də 24, Çempionlar Liqasında 8, Fransa Kubokunda 1, Fransa Superkubokunda da 1 qol vurub. O, bu mövsüm Avropada 40 qol səddini aşan ilk oyunçu olub.

PSJ "Barselona"nı mübarizədən kənarlaşdırıb və yarımfinala yüksəlib.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla