AZ

Azərbaycanda turizm niyə tam dirçələ bilmir...

Azərbaycanda qısa müddət sonra yay turizmi başlayır. Havaların istiləşməsi ilə əlaqədar olaraq turizm sektorunda canlanma müşahidə olunur.

 

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2 milyondan çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki illə müqayisədə 30% çox olsa da, 2019-cu illə müqayisədə çox aşağıdır.

 

Beləliklə, Azərbaycanda turizm sektoru hələ də pandemiyadan əvvəlki vəziyyətə qayıtmayıb.

 

Modern.az-a danışan turizm eksperti Ceyhun Aşurov hesab edir ki, turizm sektorunun dirçəlməsi ilə bağlı bir sıra işlər görülür:

 

“Bu gün müxtəlif səbəblərdən bizim quru sərhədlərimiz bağlıdır. Ancaq buna baxmayaraq, hava məkanımız açıq olduğuna görə Azərbaycanda müxtəlif istiqamətlərə uçuşların sayında və coğrafiyasında genişlənmə görə bilirik. Uçuş nöqtələrinin sayı artmışdır. İntensivliyə görə biz turizm bazarının COVID-19 pandemiyasından sonrakı bərpasını müşahidə edə bilirik.  Bununla əlaqədər statistik göstəricilər də artıq əvvəliki illə müqayisədə təxminən 40 faiz artım qeyd alınıb. Bu il də bu artımın davam edəcəyi gözlənilir. Qarşıdan turizm mövsumu yaxınlaşır. Bu mövsümdə əvvəlki illərlə müqayisədə turizmdə artımı görə biləcəyik. Biz daha böyük turist kütləsini ölkəyə ala bilərik. Bildiyimiz kimi ölkədə müxtəlif beynəlxalq tədbirlər keçirirlir. Bunlardan da biri noyabrda olacaq COP29-dur.  Azərbaycanda miqyasına görə ən böyük tədbirlərdən biri hesab olunur. Ən azı 50 min üzərində qonağın ölkəmizə gəlməsi gözlənilir. Lakin biz bunu hansısa tədbirlərlə yox, təqvimin bütün mövsümündə daha çox turisti qəbul etməyə çalışmalıyıq”.

Ekspert ölkəyə gəlmək üçün olan əngəllərin azaldılmasına, ölkəni daha cəlbedici edəcək  faktorlara diqqət yetirilməli olduğunu söyləyir:

 

“Bu faktorlardan biri ölkənin əlçatan olması, yəni ölkəyə gəlmək üçün nəqliyyatın əlverişli olmasıdır. Bundan başqa artıq viza prosedururda asanlaşma həyata keçirilir. Bəzi ölkələrin viza problemi aradan qaldırılıb.  Bu prosesin davamlı olması lazımdır.  Bundan başqa, biz ucuz hava daşıyıcılarının ölkəmizə, Bakıdan başqa digər beynəlxalq hava limanları ilə həyata keçirilməsinə  nail olmalıyıq. Bu da daha çox turistin Azərbaycana rahat şəkildə gəlməsinə imkan yarada bilər. Uzun müddətli perspektivdə xüsusən regionlarda olan otellərin, ictimai iaşə müəssisələrinin sayının, standartlarının artırılması, oradakı təşviqlərlə xarici investisiyanın artırılması orada yeni otellərin açılması daha çox yer tutumlarının yaranmasına nail ola bilər ki ki bu da gələcəkdə gələn turistlərin məmnunluğunu artır. Eyni zamanda rəqabət mühitində daha çox qiymətlərin, xidmətin kəmiyyət və keyfiyyətlə bağlı olan uyğunluğuna gətirib çıxara bilər”.

Seçilən
35
50
Mənbələr
Şərh ()
Bağla