Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə söz açacağımız Şirinnaz İsa qızı Həsənova Yevlax rayonunda tanınmış təbiblərdəndir.
Şirinnaz Həsənova 1981-1998-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, 1998-2019-cu illərdə ultrasəslə müayinə üzrə diaqnostik həkim vəzifələrində çalışıb. 2019-cu ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 iyun tarixli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.