AZ

Əməkdar həkim Şirinnaz Həsənova - Peşəkar həkimlərimizi tanıyaq!

Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə söz açacağımız Şirinnaz İsa qızı Həsənova Yevlax rayonunda tanınmış təbiblərdəndir.
 
O, 1956-cı ildə Yevlax rayonunda anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura keçib.
 
Şirinnaz Həsənova 1981-1998-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, 1998-2019-cu illərdə ultrasəslə müayinə üzrə diaqnostik həkim vəzifələrində çalışıb. 2019-cu ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərir.
 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 iyun tarixli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
 
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla