AZ

Hadi Rəcəbli vəfat etdi – Yenilənib

Sabiq millət vəkili Hadi Rəcəbli vəfat edib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

Qurumdan “qafqazinfo”nun sorğusuna verilən cavabda bildirilir:

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.

Seçilən
8
26
Mənbələr
Şərh ()
Bağla