AZ

Pedri: “Xəyalımdakı komandada olmaqdan çox xoşbəxtəm”

Futbol üzrə İspaniya yığma komandasının və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Pedri gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az xəbər verir ki, Pedrinin sözlərinə görə, o, Kataloniya klubunu təmsil etdiyinə görə çox xoşbəxtdir:

“Gələcəyim? Bu sual məni narahat etmir. Burada çox xoşbəxtəm. “Barsa”nın danışdığımızı etməyə davam edəcəyini bilirəm. Xəyalımdakı komandada olmaqdan çox xoşbəxtəm”, deyə Pedri vurğulayıb.

Xatırladaq ki, Pedri İspaniyanın “Las Palmas” klubunun yetirməsidir. O, “Barselona”ya elə, buradan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin indiki klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Pedri bu komandanın heyətində 27 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” karyerası bütövlükdə 136 oyun, 18 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Pedri Kataloniya təmsilçisi ilə İspaniya La Liqasını (2022/2023), İspaniya Kral Kubokunu (2020/2021), İspaniya Super Kubokunu (2022/2023) qazanıb.

Yarımmüdafiəşi 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 18 oyuna çıxıb. O, bu matçlarda 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Pedrini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla