AZ

Ölkənin ən böyük bankı 81 milyon manat - MƏNFƏƏT AÇIQLADI - HESABAT

Ölkənin ən iri bankı olan ABB 2024-cü ilin ilk rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.

FED.az bankın hesabatına istinadən xəbər verir ki. ABB cari ilin ilk rübünü 80 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu illik müqayisədə 205 min manat və ya 0,3% çoxdur.

Bankın faiz gəlirləri 209,5 milyon manat olub. Faiz gəlirlərinin də  böyük hissəsini, yəni 146,7 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 30,1 milyon manat təşkil edib.

Əvvəlki illə müqayisədə ümumi gəlirlər 17,4 milyon manat və ya 9%, kreditlərdən əldə olunan gəlirlər 38,6 milyon manat və ya 36%,  artıb.

Bankın faiz xərcləri isə 43,4 milyon manat olub ki, bu da son bir ildə 9,9 milyon manat və ya 30% çoxdur.

Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 163,8 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 7,8 milyon manat (5%) artım deməkdir.

Xəbər yenilənəcək...

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla