AZ

"Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cəmiyyətdə bu cür qarşıdurma yaratmaq cəhdləri və müxtəlif istiqamətdə mitinq keçirmək adı ilə sosial şəbəkələrdə əhalinin fikirlərini çaşdırmaq üçün olunan çıxışlar hər biri iflas etmiş, özünü cəmiyyətin və xalqın gözündə nüfuzdan salmış anti-milli qüvvələrin növbəti uğursuz cəhdləridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, Azərbaycan xalqı nəinki son 30 ildəki ən böyük uğurunu, 200 il ərzində milli ideyamız şəklində olan arzuları cənab Prezidentin hakimiyyəti dövründə həyata keçirdi: "Ali Baş Komandan dünyada gedən bu çətin geopolitik savaşlar çərçivəsində və bizim bölgənin çətin olmasına baxmayaraq incə siyasi və diplomatik gedişlərlə 44 günlük müharibə, ondan sonrakı dövrdə ən böyük uğuru qazandırdı. Sadəcə ölkənin inkişafında olan bu sıçrayışlı inkişafı dövlətçiliyin möhkəm təməllər üzərində Ulu Öndərin ideyaları üzərində qurmuş, Ali Baş Komandan tərəfindən həyata keçirilmiş uğurları nəzərə almasaq, Qarabağda qazanılan uğurlar artıq heç bir şərhə yer qoymur. Buna baxmayaraq biz Azərbaycanın 30 ildə hansı səviyyədə inkişaf etdiyinin şahidi olduq. Azərbaycan dağılmış, parçalanmış, dövlətçiliyini itirmək təhlükəsi olan ölkədən Qafqazın ən aparıcı ölkəsinə çevrilmiş, Cənubi Qafqazda heç bir siyasi, iqtisadi proses Azərbaycanın sözü olmadan həyata keçirilə bilmir. Bu möhtəşəm uğurdur. Bu uğura kölgə salmaq istəyənlər həmişə olacaqdır. Çünki onların bütün düşüncəsi özlərinin Qərbdəki, başqa yerdə yerləşən ağalarının pul kisəsindən asılıdır.

Bu dağıdıcı müxalifət Əli Kərimli başda olmaqla özünü iflas etdirib. Nəinki xalqın arasında bir nüfuzu var, heç yaxınlarının da arasında nüfuzu olmayan "siyasi xadimlər"dir. Bunlar mənasızdır. Xalq öz seçimini etmiş, Prezidentinə dəstək vermişdir. Xalq aparıcı siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyasını, yaradıcısı Ulu Öndərin ideyalarının Azərbaycanı inkişaf etdirməyinə əmin olmuşdur. Bütün bunlar mənasızdır, amma biz hər zaman diqqətdə olmalıyıq. Çünki anti-milli qüvvələr həmişə Azərbaycanın imicinə kölgə salmaq üçün hər cür cür çirkin addımları atmağa qadir olan insanlardır.

Xüsusən Qərbin, Azərbaycanı istəməyən qüvvələrin əlində alət olan bu qüvvələr utanmalıdır. Biz isə bu alətlərin aktivləşməsinə imkan verməməliyik".

Müəllif: Söylü Ağazadə
Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla