AZ

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib kik, iclası giriş sözü ilə müəssisənin direktoru İntiqam İbrahimov açaraq Tibbi Şuranın gündəliyinə daxil edilmiş mövzular ətrafında məlumat verib.
 
Tədbirdə qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görüləcək işlər, qan xidmətinin və transfuzioloji yardımın təkmilləşdirilməsi, son illərdə informasiya texnologiyalarının Ağdaş Rayon Mərkəzi Xəstəxanasında tətbiqi, cinsi yolla yoluxan infeksiyalara qarşı aparılan profilaktik tədbirlərin vəziyyəti, dəri-zöhrəvi kabineti ilə doğuşa yardım müəssisələri arasındakı əlaqələrin  gücləndirilməsi kimi məsələlər müzakirə edilib.
 
Sonda İntiqam İbrahimov Şuraya yekun vuraraq struktur bölmələrə tapşırıqlarını verib.
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla