AZ

Litva altı aylıq fasilədən sonra Rusiyadan taxıl idxalını bərpa etdi

Bu ilin fevralında Litva altı ay davam edən fasilədən sonra Rusiyadan taxıl alışını bərpa edib.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti Avropa Statistika Xidmətinin məlumatlarına istinadən yazır.

Xatırladaq ki, Litva keçən ilin may ayından müntəzəm taxıl idxalını dayandırmışdı. Sonuncu tədarük həmin ilin iyulunda qəbul edilmişdi. Belə uzun fasilədən sonra ilk tədarük 2024-cü ilin fevralında qeydə alınıb, o zaman təxminən 12,2 min ton 1,95 milyon avroya ixrac edilib.

Latviya isə idxalı artırıb və qışın sonunda Rusiyadan 10 milyon avro dəyərində 58,8 min ton taxıl alıb. Bir ay əvvəl bu rəqəm 8,7 milyon avro olmaqla 52,6 min ton təşkil edib.

Burhan,

KONKRET.az

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla