AZ

Xavi: “Hakim hər şeyi məhv etdi”

“Barselona”nın baş məşqçisi Xavi Ernandes narazıdır. O, dünənki məğlubiyyətin səbəbkarının hakimlər olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, İspaniya klubu Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə evdə 1:4 hesabı ilə uduzub. İlk oyunda qazanılan qələbənin (3:2) əldən verilməsində komandanın azlıqda qalması da rol oynayıb. “Barselona” oyunun əvvəlində, hesabda öndə olarkən Ronald Arauxo meydandan qovulub.

Xavi oyunun gedişində özü də qırmızı vərəqə alıb: “Oyun haqqında danışmağın mənası yoxdur. Hakim hər şeyi məhv etdi. Səssiz qala bilmərik. Referi bütün gedişatı dəyişdirdi, üstünlüyü əlimizdən aldı. İdarəçilik fəlakət idi”.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla