AZ

Ölkəmizdə kişilərin bir çoxu pensiya yaşına çatmadan vəfat edir - VİDEO

Ölkəmizdə kişilərin bir çoxu pensiya yaşına çatmadan vəfat edir - VİDEO

Azərbaycanda kişilərin yarısının təqaüd almadan vəfat etdiyi deyilir.

Sonxeber.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə açıqlama verib. O deyib kız Ölkəmizdə hər iki kişidən biri pensiya yaşına çatmadan dünyasını dəyişir. Eyni zamanda iqtisadçı qeyd edib ki, hazırda dünyada kişilərin pensiya almaq yaşı ortalama 15 il müəyyən olunub. Yəni şəxs müvafiq yaş həddinə çatdıqdan sonra 15 il müddətində müavinət ala bilir.

"BMT-nin hesabatlarına görə, ortalama yaş 71.6 ildir. Amma pensiya yaşı 65-dir. Kişilər ilə münasibətdə, xüsusilə acınacaqlı hal alır. Çünki kişilərin orta ömrü daha aşağıdır. Əmək bazarında əmək müqaviləsi ilə muzdla çalışanların daha çox hissəsi kişilərdir. Yəni əmək bazarında qanuni fəaliyyət göstərib, sığorta ödəmələrinə baxmayaraq onların əksəriyyəti pensiya yaşına çatmadan vəfat edir".

Rəşad Həsənovun fikrincə ölkəmizdə orta yaş həddini nəzərə alsaq, kişilər üçün bir qədər pensiya yaşı 60-dır. Onun sözlərinə görə, qadınlar üçün də bu yaşı aid etmək olar.

" Faktiki olaraq Azərbaycanda gözlənilən və təsdiq olunmuş pensiya növü 12 ildir. Bu 2006-ci ildə təsdiq olunub. Həmin dövrdə qadınların pensiya yaşı 55, kişilərin yaşı isə 58 idi. Sonrakı dövrdə görürsünüz ki, 7 ildən artıq, qadınlar ilə münasibətdə 10 illik pensiya yaşının artırılması prosesi keçib".

Ətraflı"Xəzər Xəbər"in süjetində:

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla