İdman
ÇL: "Mançester Siti" "Real"la üz-üzə (YENİLƏNİR)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
"Bavariya" azarkeşləri önündə "Arsenal"ı qəbul edəcək. Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb.
Digər görüşdə isə "Mançester Siti" "Real"ın müqavimətini qırmağa çalışacaq. Madriddə baş tutan matçda qalib müəyyənləşməyib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
17 aprel
23:00 Bavariya (Almaniya) - Arsenal (İngiltərə)
İlk oyun 2:2
23:00 Mançester Siti (İngiltərə) - Real (İspaniya)
İlk oyun 3:3