İsrail və İran arasında görünməmiş birbaşa qarşıdurma fonunda İslam Respublikası ərazisində İsrailə dəstək ifadə edən qraffitilər peyda olub.
Moderator.az xəbər verir ki, bu haqda Kiyevdə nəşr olunan Ukrayna yəhudilərinin saytı məlumat verib.
“İsrail və İran arasında görünməmiş birbaşa qarşıdurma fonunda ivrit mediası İslam Respublikası ərazisində son günlərdə İsrailə qarşı böyük bir hücumdan sonra yəhudi dövlətinə dəstək ifadə edən qraffitilər haqqında məlumat verir.
Onlardan birində deyilir: "Onları vur, İsrail. İranlılar sənin arxandadır"”- məlumatda belə deyilir.
S.Laçın