AZ

Şəhərin mərkəzində "Mercedes"lə avtoxuliqanlıq edənsürücü tutuldu- VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, 99-ZR-261 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla müxtəlif təhlükəli manevrlər edib. O, əks istiqamətli yola çıxıb, eyni zamanda avtomobilin təkərlərini asfalta sürtərək səs çıxarıb və bununla da əhalinin dincliyini nümayişkaranə şəkildə pozub.


DYP əməkdaşları tərəfindən toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə təqdim olunub. Məhkəmə sürücü Seyidov Müşfiq Səlim oğlu barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə tətbiq olunması barədə qərar qəbul edib. 

Fərid

 

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla