AZ

UEFA Çempionlar Liqasında 1/4 mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab qarşılaşması baş tutacaq.

Çempionlar Liqasının sonuncu qalibi olan “Mançester Siti” bu turnirin ən titullu komandası “Real”ı qəbul edəcək. İngiltərə və İspaniya təmsilçiləri arasında Madriddə keçirilmiş ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 3:3. Cavab görüşündə qalib gələn tərəf yarımfinala yüksələcək.

Günün digər oyunu Almaniya nəhəngi “Bayern”lə İngiltərə təmsilçisi “Arsenal” arasında baş tutacaq. Bu komandaların da ilk oyununda məhsuldar heç-heçə qeydə alınıb. Londondan sərfəli nəticə ilə qayıtmış Münhen təmsilçisi indi doğma meydanda istəyinə çatmağa daha yaxın görünür. Bu cütün qalibi yarımfinalda “Mançester Siti” və ya “Real”dan biri ilə üz-üzə gələcək.

Xatırladaq ki, bir gün öncə Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) komandaları UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıblar. Bu komandalar da finala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
17 aprel

23:00. “Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen. “Alyans Arena”.
İlk oyun – 2:2.

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: Daniel Orsato (İtaliya).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 3:3.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla