AZ

"Teleqram"ın qurucusu ABŞ-da döyülməsindən danışıb - "Apple və Google bizə ciddi təzyiq göstərir"

ABŞ-da, San-Fransiskoda küçədə naməlum şəxslər “Telegram”messencer xidmətinin qurucusu Pavel Durova hücum ediblər.

Azpost.info bildirir ki, bu barədə Durov j amerikalı urnalist Taker Karlsonla söhbətində bildirib.

Durovun sözlərinə görə, o, Amerika şəhərində ofisini açmaq niyyətində olub. Əvvəlcə o, Twitter-in ofisinə (indiki X) baş çəkib, sonra otelə gedib.

Bu zaman rusiyalı  üç nəfərin hücumuna məruz qalıb. Onlar telefonu Durovun əlindən almağa çalışıblar: “Yəqin ki, müqavimət göstərməyimi gözləmirdilər. Buna görə də telefonumu sındırdım”, – deyə Durov bildirib.

O əlavə edib ki, onunla kişilər arasında dava qısamüddətli olub. Nəticədə Durov qaçmağa başlayıb.

“Teleqram”ın qurucusu həmçinin öz rəqiblərindən danışıb.

Onun sözlərinə görə, ABŞ-ın Apple və Google korporasiyaları “Telegram”-ın işinə ciddi təzyiq göstərir. Durov vurğulayıb ki, söhbət konkret olaraq əyalət hökumətlərindən yox, Apple və Google korporasiyalarından gedir.

“Telegram-a ən böyük təzyiq hökumətlər tərəfindən deyil, Apple və Google tərəfindəndir. Söz azadlığına gəldikdə, bu iki platforma smartfonunuzda oxuya bildiyiniz hər şeyi mahiyyətcə senzura edə bilər”, – Telegram həmtəsisçisi bildirib.

Onun sözlərinə görə, korporasiyalar qaydaları pozularsa, messenceri proqram mağazalarından siləcəklərini çox açıq şəkildə bildirirlər.

Bundan əlavə, Durov ABŞ-da yaradılan platformaların təhlükəsizliyinə inanmadığını bəyan edib.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla