AZ

Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"

"Qolden" materialı konsepsiya baxımından "qrafen"ə bənzəyir...
 
Alimlər qızıl molekullarından inanılmaz dərəcədə nazik material olan “qolden” yaratmağa müvəffəq olublar.
 
Moderator.az  bu haqda "UNİAN"-a istinadla  xəbər verir. 
 
"Nature Synthesis" jurnalında dərc olunan tədqiqatın müəllifləri deyirlər ki, bunun üçün çoxlu tətbiq variantları var.
Yeni material olan “qolden” qrafit molekullarından ibarət “qrafen”lə eyni prinsip əsasında yaradılmışdır. Qrafen təəccüblü dərəcədə davamlıdır, istilik və elektrik cərəyanını misdən daha yaxşı keçirir və buna görə də müasir texnoloji dünyada tələb olunur.
 
"Qolden" yalnız bir təbəqədə düzülmüş qızıl molekullarından ibarət bir materialdır. Tədqiqatçılar deyirlər ki, qrafendə olduğu kimi, bu struktur qızıla yeni xüsusiyyətlər verir.
 
Xüsusilə, yeni material suyun təmizlənməsi və kommunikasiya texnologiyalarında faydalı ola bilər. Bundan əlavə, qrafen müasir elektronikada adi qızılı əvəz edə bilər və qızılın bu ehtiyaclar üçün sərf olunmasını azaldır.
 
Tədqiqatçılar qızılın xüsusi forması olan "qolden"in bir sıra oxşar materiallardan yalnız biri ola biləcəyini irəli sürürlər. Eyni üsulların digər metalları dəyişdirmək üçün istifadə oluna biləcəyini anlamaq üçün əlavə işlər aparılır.
 
 
Seçilən
81
Mənbələr
Şərh ()
Bağla