AZ

Orban Aİ rəhbərliyini SƏRT TƏNQİD ETDİ: "Uğursuzluğa düçar olub"

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

"İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub", - o deyib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın "miqrasiya və anti-gender siyasətləri"nə görə Aİ fondlarından pul almayacağını "açıq şəkildə" söylədiklərinə görə, Orban belə sərtcavab verib.

Seçilən
134
7
Mənbələr
Şərh ()
Bağla