AZ

“Bohem rapsodiyası”nın montajçısı Con Ottman italyan bəstəkar Antonio Vivaldi haqqında film çəkəcək

“Bohem

Bakı, 17 aprel, AZƏRTAC

Amerikalı montajçı, bəstəkar və rejissor Con Ottman dünyada məşhur olan italyan bəstəkarı Antonio Vivaldinin həyatından bəhs edən dramatik filmin rejissoru olacaq.

AZƏRTAC “Variety” nəşrinə istinadla xəbər verir ki, filmin ssenaristləri Kevin Land və Ti Cey Skottdur. Filmin layihəsi 20 ilə ərsəyə gəlib. Əvvəlcə Ron Hovard filmin rejissorluğuna təsdiqlənsə də, sonra yeni rejissorun tapılması zərurəti yaranıb.

“Bu qədər il keçib, biz heç vaxt özümüzə indiki qədər əmin olmamışıq. Con bu filmə yeni həyat bəxş edib. Onun fikirləri və inkişaf istiqaməti bizi sözün əsl mənasında ruhlandırır”, - deyə ssenarist T.C.Skott bildirib.

Con Ottman rejissor Brayan Singer ilə əməkdaşlıq edib və “Şübhəli şəxslər", “Bacarıqlı tələbə”, “X-adamlar 2” və sair filmlərin yaranmasında montajçı və bəstəkar qismində çıxış edib.

C.Ottman 2005-ci ildə “Fantastik dördlük” adlı super qəhrəman filminə və onun davamı olan “Fantastik dördlük: Gümüşü sörfçünün qayıdışı” adlı ekran əsərinə musiqi yazıb. O, Con Karpenterin “Hellouin” filminin davamı üçün “Hellouin: 20 il sonra” filmində orijinal mövzunu yenidən qurmağa nail olub, üstəlik, Deniel Kreq və Nikol Kidmanın 2007-ci ildə çəkildiyi “Müdaxilə” filmi üzərində işləyib. Rejissor, həmçinin 2005-ci ildə lentə alınan “Mum fiqurlar evi”nin remeykinə və məşhur “Astrosavaş” adlı cizgi filminə musiqi bəstələyib.

Seçilən
141
1
Mənbələr
Şərh ()
Bağla