AZ

Hər daşın altından müsəlman "çıxardanlar" - Qərbin QORXUNC TENDENSİYASI

Bakı. Trend:

Moskvadakı terror aktı yenidən təkrarlandı. Bu dəfəokeanın o tayında. Belə ki, "Krokus"-a bənzər hadisə 3 gün əvvəlAvstraliyada baş verib.

Şənbə günü - 13 aprel tarixində Avstraliyanın Sidney şəhərindəticarət mərkəzində dəhşətli bıçaqlanma hadisəsi baş verib. Buhadisə adi, sıradan bir cinayət deyildi. Belə ki, sözügedən cinayət40 yaşlı Avstraliya vətəndaşı Coel Kauçi tərəfindən törədilib.

C.Kauçi nə az-nə çox, 30 sm uzunluğunda ov bıçağı ilə 5 qadın vəbir kişini bıçaqlayaraq öldürüb, 12 nəfər isə bu hücum zamanıyaralanıb. Əslində bu hadisə dünyada geniş vüsət alan islamofobmeyilinin nə dərəcədə artdığını əyani olaraq ortaya qoymuşoldu.

Hər şey də Kauçinin altı nəfəri öldürdüyü hücumla bağlı dəhşətlitəfərrüatların ortaya çıxmasından sonra daha çox aydınlaşdı. Dincinsanları bıçaqlayaraq qətlə yetirdikdən sonra bir polis əməkdaşınıda öldürən C.Kauçinin atası jurnalistlərə müsahibəsində oğlununruhi xəstəlikdən əziyyət çəkdiyini və bu yaxınlarda dərmanlarınıqəbul etməyi dayandırdığını bildirib.

Yeni Cənubi Uels polisi hücumun motivinin aydın olmadığını,lakin bunun nifrət cinayəti və ya terrorizmlə əlaqəli olduğuna dairheç bir əlamətin olmadığını bildirib. Lakin Avstraliya mediasındavə sosial şəbəkə hesablarında bu qanlı olayın fərqli şərhləridiqqətdən qaçmadı.

Avstraliya cəmiyyətində geniş rezonansa səbəb olan bu hadisəsonrası sosial mediada təcavüzkarın müsəlman və ya yəhudi olması,eləcə də siyasi ideologiyalar tərəfindən motivasiya edildiyi iləbağlı dezinformasiya internetdə geniş yayılmağa başladı. Bu cürreaksiya tərəddüdsüz, Avstraliya cəmiyyətində müsəlmanlara qarşıqərəz və ayrı-seçkiliyin daha geniş mənzərəsini əks etdirir.Hadisədən sonra, hücumun müsəlman və ya yəhudilərləəlaqələndirilməsinə dair sübutların olmamasına baxmayaraq, yalaniddialar və islamafobiya ittihamları sürətlə yayıldı.

Bu artıq tendensiya halını almağa başlayıb. Belə ki, dünyanınharasında baş verməsindən asılı olmayaraq törədilən istənilənkütləvi cinayət hadisəsinin arxasında islam, müsəlman izi axtarmaqislamofobiya təzahüründən başqa bir şey ola bilməz. Sözügedən hücumsonrası Avstraliya ictimaiyyəti arasında olayı başqa yerlərə çəkməkmeyilləri islamofobiyanın artması və dünyada bu istiqamətdəvəziyyətin getdikcə pisləşməsinin növbəti təsdiqidir.

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəziQərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığı hər kəsəbəllidir. Təəssüflər olsun ki, islamofobiya media tərəfindən təbliğedilir və getdikcə sözügedən cəmiyyətlərdə müxtəlif ekstremistqrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiyatəkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm dəyerli müsəlmanların gündəlik həyatına təsir göstərir.

Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsindəayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcədaha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dinibaxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər.Eyni zamanda bəzən bir sıra ölkələrdə, Qərb cəmiyyətlərindədemokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeniqanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur.

İslamofobiyanın bu cür hadisələri zərərli stereotipləri davametdirməklə yanaşı, həm də müsəlman icmalarının marginallaşmasınasəbəb olur. İslamofobiya ilə mübarizə yanlış məlumatla mübarizə,qarşılıqlı anlaşmanın təşviqi və Avstraliya kimi cəmiyyətlərdəinklüzivliyin və müxtəlifliyə hörmətin təşviq edilməsini tələbedir.

Seçilən
134
2
Mənbələr
Şərh ()
Bağla