AZ

"Beşiktaş" Qurban Qurbanovdan əlini üzüb, onu gətirir?

Fernandu Santuşla yollarını ayıran "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovu bu posta gətirməyi planlaşdıran İstanbul klubunun rəhbərliyi indi də özləri üçün tanış mütəxəssislə danışıqlara başlayıb.

Bu barədə “iAm Sport” portalı məlumat yayıb. Belə ki, “Beşiktaş” yenidən Mirça Luçeskuya tapşırıla bilər.

78 yaşlı rumıniyalı mütəxəssis özü də, İstanbul klubunu çalışdırmağa hazırdır. Yaxın vaxtlarda təyinatın reallaşacağı gözlənilir. Belə olarsa, Luçesku bu mövsüm “Beşiktaş”ın 5-ci məşqçisi olacaq.

Luçesku son olaraq “Dinamo”nu (Kiyev) çalışdırıb. Təcrübəli məşqçi 2002-2004-cü illərdə “Beşiktaş”da işləyib.

Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla