AZ

Gələcək taleyi Avropa Liqasından asılıdır – Bu baş məşqçinin

“Milan”ın baş məşqçisi Stefano Pioli yaxın günlərdə işini itirə bilər.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, komanda Avropa Liqasında “Roma” tərəfindən mübarizədən kənarlaşdırılacağı təqdirdə, italiyalı mütəxəssis istefaya göndəriləcək.

“Milan” 1/4 finalın ilk oyununda “Roma”ya 0:1 hesabı ilə məğlub olub. Cavab görüşü aprelin 18-də keçiriləcək.

Milan klubu Avropa Liqasında yarımfinala yüksəlsə, Piolinin gələcəyini heç nə təhdid etmir.

Stefano Pioli 2019-cu ildən “Milan”ın baş məşqçisidir. 58 yaşlı çalışdırıcı ilə klub arasında müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla