AZ

İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask son üç ildə 7 milyondan çox qeyri-qanuni miqrantın ölkəyə daxil olmasına imkan verən ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib.

“Report” xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın ABŞ-a girməsinə icazə vermək ağılsızlıqdır”, - deyə Mask qeyd edib.

Mask qeyd edib ki, son üç il ərzində ABŞ-a daxil olan qeyri-qanuni miqrantların sayı (7,2 milyon - Qeyd) Amerikanın 36 ştatının əhalisini üstələyir.

Seçilən
161
4
Mənbələr
Şərh ()
Bağla