AZ

Tokayev rus dili ilə mübarizə aparanları "axmaq" adlandırdı

Bəzi ölkələrdə rus dili ilə mübarizə aparılması və bununla bağlı süni ajiotaj yaradılması axmaqlıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Kostanay şəhərinin sakinləri ilə görüşündə deyib.

Tokayev vurğulayıb ki, Qazaxıstan Konstitusiyasına əsasən, rus dili rəsmi statusa malikdir və yeganə dövlət dili olan qazax dili ilə yanaşı istifadə olunur:

“Ona görə də heç bir ziddiyyət yoxdur, rahat şəkildə danışmaq lazımdır”.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla