AZ

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Rişi

London, 17 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

AZƏRTAC xəbər verir ki, Rişi Sunak Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və daha geniş regional sabitliyə davamlı dəstəyini təkrarlayıb. Baş nazir Netanyahu isə Böyük Britaniyaya İranın hücumu qarşısında göstərdiyi davamlı və möhkəm dəstəyə görə təşəkkür edib.

Rişi Sunak telefon danışığı zamanı deyib ki, İran çox səhv hesablama aparıb və qlobal səhnədə getdikcə təcrid olunub. O, ciddi eskalasiyanın heç kimin marağında olmadığını və bunun yalnızca Yaxın Şərqdə etibarsızlığı daha da dərinləşdirəcəyini bildirib.

Baş nazir Qəzzada dərinləşən humanitar böhrandan ciddi şəkildə narahat olduğunu söyləyib. O, HƏMAS-ın həftə sonu fələstinlilərin həyatının xilası və girovların təhlükəsiz azadlığını təmin edəcək razılaşmaya mane olmasından dərindən məyusluq keçirdiyini də bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
249
2
Mənbələr
Şərh ()
Bağla