AZ

Danışıqları dayandırdı, ölkəsinə qayıtdı - Ailəsinə görə

“Latsio”nun yarımmüdafiəçisi Felipe Anderson “Yuventus”un təklifini rədd edib və vətəninə qayıdacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bir həftə əvvəl ona üç illik müqavilə təklif etməyə hazır olan İtaliya klubu ilə danışıqlar aparırdı.

Lakin sonda ailə məsələsi futbolçunu vətəninə qayıtmağa məcbur edib. Andersonun artıq “Palmeyras”la müqavilə imzaladığı məlum olub.

31 yaşlı yarımmüdafiəçinin “Latsio” ilə hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatır.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla