AZ

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə müraciət edərək Gürcüstandakı xarici agentlər və mitinqlər haqqında qanun layihəsi ilə bağlı vəziyyəti Avropa Şurasının iclasının gündəliyinə daxil etməyi xahiş edib. İclasın aprelin 17-də keçirilməsi planlaşdırılıb. 

Unikal” xəbər verir ki, bu barədə Gürcüstan liderinin administrasiyası məlumat yayıb.

"Gürcüstan Prezidenti Salome Zurabişvili bu məsələnin gündəmdə olmamasına baxmayaraq, Avropa Şurasının sabahkı iclasında Gürcüstanda baş verən hadisələri müzakirə etmək xahişi ilə Şarl Mişel və Emmanuel Makrona müraciət edib", - məlumatda deyilir.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla