AZ

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

Bakı. Trend:

Kanada hakimiyyəti növbəti beş il ərzində Ukraynanı 1,6 milyardKanada dolları (1,16 milyard dollar) dəyərində öldürücü vəqeyri-öldürücü silahlarla təmin etmək niyyətindədir.

Trend-inməlumatına görə, bu barədə növbəti maliyyə ili (1 apreldənbaşlayır) üçün Kanadanın federal büdcə layihəsində qeyd olunub.

"2024-cü il büdcəsində Ukraynaya öldürücü və qeyri-öldürücühərbi yardım göstərmək üçün 2024-25-ci illərdən başlayaraq beş ilərzində Kanada Milli Müdafiə Nazirliyinə 1,6 milyard dollarayrılması təklif edilir", - deyə sənəddə bildirilib.

Bundan əlavə, Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq ValyutaFondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74milyard dollar) məbləğində kredit vermək niyyətindədir.

Seçilən
174
18
Mənbələr
Şərh ()
Bağla