AZ

İki yeniyetmə dəmir yolunda yanğın törətməkdə ittiham olunub

...Kirov vilayətinin məhkəməsi dəmir yolunda estafet kabinetini yandırmaqda şübhəli bilinən 16 və 18 yaşlı iki yeniyetməni müvafiq olaraq 6 və 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar mütəşəkkil dəstənin törətdiyi təxribatda təqsirli biliniblər.

Müstəntiqlərin məlumatına görə, 2023-cü il sentyabrın əvvəlində Kirov-Kirov-Kotlasski dəmir yolu hissəsində iki yeniyetmə qatarların və işıqforların idarə edilməsinə cavabdeh olan relay kabinetini yandırıb.

İddialara görə, onlar messencer vasitəsilə bunu necə etmək barədə təlimat alıblar. Yanğına görə onlara 10 min rubl ödənilib. Müstəntiqlər iddia edirlər ki, yeniyetmələrlə əlaqə saxlanılan nömrə Ukrayna serverləri vasitəsilə şəbəkəyə qoşulub.

...Qeyd edilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiyada dəmir yolu infrastrukturuna müntəzəm olaraq yanğınlar törədilib. Təqsirləndirilən şəxslər əvvəlcə xuliqanlıq maddəsi ilə mühakimə olunub, daha sonra təxribat maddələri ilə ittiham olunmağa başlayıblar.

Əksər hallarda istintaq yanğın törədənlərin Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini iddia edir.

Nazlı

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla