AZ

Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir.
 
Bu barədə Musavat.com-a mötəbər qaynaqlardan məlumat verilib. Məlumata görə, Rusiya kontingentinin Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib.
 
Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Tarixi və böyük prosesin bir neçə günə tam yekunlaşması gözlənilir.
 
Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində ilə tam suveren nəzarətini bərpa etmiş durumdadır.
 
Təqdim etdiyimiz video sülhməramlı kontingentin bir hissəsinin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.
 
Musavat.com bildirir ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı ilk xəbərləri TV Musavat özünün Youtube, Telegram, Tik-Tok və Facebook platformalarında 16 aprel, günorta radələrindən yaymışdı.
 
Həmin video - xəbəri də təqdim edirik.
 

 

Seçilən
120
29
Mənbələr
Şərh ()
Bağla