AZ

NATO Rusiya ilə sərhəddə irimiqyaslı təlimlərə başlayır

Finlandiyanın Rusiya ilə sərhədində aprelin sonundan iyunun əvvəlinə kimi irimiqyaslı təlimlər keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə NATO ölkələrindən 20 minə yaxın hərbçi iştirak edəcək.

“Bu müddət ərzində Finlandiya ərazisində NATO ölkələrinin xeyli sayda hərbi qulluqçusunun iştirakı ilə ölkənin müdafiəsi üçün təlimlər keçiriləcək”, - məlumatda deyilir.

Təlimlər aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək. Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir. 

Seçilən
130
5
Mənbələr
Şərh ()
Bağla