AZ

Moskvada S-300 və S-400 üçün sursat istehsal edən yeganə zavod yanır...

...Moskvada “Avanqard” zavodunun ərazisində yanğın baş verib. Qeyd edilir ki, zavod “Concern Aerospace Defense Almaz-Antey” səhmdar cəmiyyətinin tərkibinə daxildir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Astra Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yanğın 50 kvadratmetr ərazini əhatə edib.

Maraqlıdır ki, yanğın hələ də söndürülməyib. Yanğının nədən baş verdiyi və tələfatın olub-olmadığı hələlik məlum deyil.

Yeri gəlmişkən, Moskva Maşınqayırma Zavodu "Avanqard" ASC S-300 və S-400 zenit-raket kompleksləri üçün sursat istehsal edən "Almaz-Antey" Aerokosmik Müdafiə Konserninin bir hissəsidir.

…Eyni zamanda, zavodun saytında qeyd olunur ki, şirkət Rusiyada bu raketləri istehsal edən yeganə şirkətdir.

2017-ci ilin məlumatlarına görə, zavodda 2,5 min işçi çalışıb. Bundan əvvəl Yekaterinburqda “Uralmaş” maşınqayırma zavodunun sexinin ərazisində güclü yanğın baş verdiyi bildirilirdi.

Yanğın bir neçə min kvadratmetr ərazini əhatə edib.

Fevral ayında isə Moskvada Ukraynaya zərbələrdə iştirak edən eyniadlı “Kinjal” qırıcı daşıyıcılarına dizayndan tutmuş təmirə qədər tam texniki xidmət göstərən MiQ zavodunda yanğın baş verib.

Ağasəf Babayev

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla