AZ

Arakelyan: “Ermənistan Qərb üçün maraqlı deyil”

“Hakimiyyət tərəfindən aparılan iqtisadi siyasət ciddi nəticələr vermir. Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız qalmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində yazıb.

“Aydındır ki, hətta hakimiyyətin qərbyönlü siyasətinə baxmayaraq, Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız qalmaqda davam edir. Lakin, Qərb dövlətləri Azərbaycana aktiv şəkildə sərmayə qoymaqda maraqlıdır”, – Arakelyan qeyd edib.

O bildirib ki, xarici investisiyalar uzun müddətdir beynəlxalq münasibətlərin tərkib hissəsidir.

“Ermənistan tərəfindən qeydə alınan göstəricilər onu göstərir ki, hakimiyyət heç bir sahədə beynəlxalq tərəfdaşlarla yüksək keyfiyyətli əlaqələr qura bilmir”, – deyə Arakelyan bidirib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
114
2
Mənbələr
Şərh ()
Bağla