AZ

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia edir.

"Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın etdiklərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzulayıb. Fransa beynəlxalq hüquqa və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verdiyini xatırladır. Bu standartlaşma həm ölkələrə, həm də bütövlükdə regiona fayda verəcəkdir", - deyə nazirlik bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabrın əvvəlində həyata keçirdiyi tədbirlər Azərbaycanda Fransa xüsusi xidmət orqanlarının geniş agent şəbəkəsinin ifşasına səbəb olub. Qısa müddətdə onlarla fransalı kəşfiyyatçı müəyyən edilib ki, onların bəziləri vaxtilə Azərbaycanda fəaliyyət göstərib, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətini davam etdiriblər.


Müəllif: Teleqraf.com
Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla