AZ

Roskomnadzor Rusiyada TikTok-u bloklaya bilər

...Roskomnadzor Sosial Şəbəkələr və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasının (APPSIM) TikTok-un Rusiyada bloklanması tələbi ilə müraciətinə baxır.

Müraciət edənlərin fikrincə, xidmət qanunu poza bilər. Söhbət informasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi, eləcə də fərdi məlumatların mühafizəsi haqqında qanundan gedir.

...Əslində bu platformanın bu gün Rusiyada etdiyi hər şey istifadəçiləri TikTok-u əvəz edən yerli platformalardan uzaqlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, butəşkilatın saytında yerləşdirilən müraciətin mətnində deyilir.

Assosiasiya həmçinin hesab edir ki, bloklama Rusiya sosial şəbəkələrinin, məsələn, VKontakte və ya Zen-in auditoriyasını artırmağa kömək edəcək.

Üstəlik, əhəmiyyətli artım - ekspertlərin fikrincə - 30 milyon nəfərə qədər ola bilər.

Roskomnadzor müraciətə mayın 8-dək baxacaq.

Nazlı

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla