AZ

Polşada neçə siyasətçinin gizli şəkildə dinlənildiyi məlum olub

Polşa xüsusi xidmət orqanları beş yüzdən çox polşalı siyasətçini dinləmək üçün İsrailin Pegasus proqram təminatından istifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Polşanın TVN24 telekanalına müsahibəsində Polşa kəşfiyyat xidmətlərinin əlaqələndirici naziri Tomaş Siemonyak deyib.

“Ədliyyə nazirinə təqdim etdiyimiz məlumatlara görə… bu, 500 nəfərdən bir qədər çoxdur”, – o vurğulayıb.

Semonyak əlavə edib ki, Pegasus-un telefon dinləmələri üçün istifadə etdiyi 500-dən çox hadisə arasında “terrorizm və ya əks-kəşfiyyat fəaliyyətində şübhəli bilinən əsaslandırılmış hallar var”. Eyni zamanda, o, “əsassız izləmə hallarının çox olduğunu” söylədi.

Kəşfiyyat Xidmətləri üzrə Koordinasiya Naziri həmçinin Polşanın sözügedən proqram təminatının lisenziyasından məhrum edilməsini də onunla əlaqələndirib ki, “bir çox ölkələrdə siyasətçilərin ondan əlverişsiz siyasətçilərə, hüquqşünaslara, hakimlərə və prokurorlara qarşı istifadə etmək istəyi həddən artıq böyük olub”.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla