AZ

Matteus: “Futbol həvəskarları “Bayer”ə minnətdar olmalıdırlar”

“Bayern”in keçmiş futbolçusu Lotar Matteus Leverkuzen “Bayer”inin Xabi Alonsonun rəhbərliyi altında çıxışından danışıb.

Arena.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu həmçinin cari mövsüm üçün Leverkuzen komandasına təşəkkür edib.

Xatırladaq ki, “Bayer” Münhen təmsilçisinin uzun illər ərzindəki ağalığına son verərək, vaxtından əvvəl Bundesliqa çempionu olub.

“Bütün mövsümü Leverkuzen təmsilçisindən həzz aldım. Xabi Alonso haqlı olaraq qeyd edilir, amma uğurun bir çox adı var.

Belə tələbkar, ağıllı və təbii futboldan həzz almaq çox gözəldir. Bütün futbolsevərlər Leverkuzen “Bayer”ini təbrik etməli və bu mövsüm yaşadıqlarına görə minnətdar olmalıdırlar. Bircə onu deyə bilərəm: təşəkkür edirəm, “Bayer” və təşəkkür edirəm, Xabi Alonso!”, deyə Matteus vurğulayıb.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla