AZ

“Barselona” gənc futbolçusuna bir milyard avro qiymət qoyub

"Barselona" öz infrastrukturunda yetişdirdiyi gənc müdafiəçi Pau Kubarsi ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

Valyuta.az xəbər verir ki, yeni müqavilədə futbolçunun sərbəst qalma maddəsinin bir milyard avro olacağı gözlənilir.

"Athletic"də çıxan xəbərdə 17 yaşlı müdafiəçinin 2026-cı ildə başa çatacaq müqaviləsinin uzadılmasının planlaşdırıldığı və yeni maddənin əlavə ediləcəyi bildirilib.

Kubarsinin A komandasının heyətində yer alacağı və onun müqaviləsindəki 10 milyon avroluq transfer qiymətinin bir milyarda yüksələcəyi bildirilib. “Barselona” ötən ilin oktyabrından digər yetirməsi Lamin Yamalla yeni müqavilə imzalayıb. Kataloniya komandası bu gənc ulduzun da sərbəst qalma məbləğini bir milyard avroya yüksəldib. 

Bu mövsüm 16 oyunda "Barselona"nın formasını geyinən Kubarsi ötən həftə Çempionlar Liqasında baş tutan PSJ ilə matçda göstərdiyi performansla diqqət çəkib.

Gənc futbolçu martda İspaniya millisinin heyətində ilk oyununu keçirib. 

Səbuhi Həsənov

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla