AZ

ABŞ Assanc məsələsində GÜZƏŞTƏ GETDİ

Birləşmiş Ştatlar London Ali Məhkəməsinə Culian Assancın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Assancın həyat yoldaşının nümayəndəsinə istinadla məlumat yayıb.

“Birləşmiş Ştatlar "WikiLeaks"in qurucusu Culian Assancının Böyük Britaniyadan ekstradisiyasına yol açmaq üçün London Ali Məhkəməsinin tələb etdiyi təminatları təqdim edib", - deyə agentlik bildirib.

Söhbət Assancın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir və ayrıca qeyd olunub ki, ABŞ-da məhkəmə onu təqsirli hesab edərsə, Assanc ölüm cəzası ilə üzləşməyəcək.

Bundan əvvəlCulian Assancın vəkili Barri Pollak, Ağ Ev rəhbəri Co Baydenin Avstraliyanın "WikiLeaks"in təsisçisinə qarşı işin bağlanması tələbini nəzərdən keçirməklə bağlı vədlərini alqışlayıb.

Seçilən
94
2
Mənbələr
Şərh ()
Bağla