AZ

ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib

Amerika Birləşmiş Ştatları London Ali Məhkəməsinə “WikiLeaks”in qurucusu Culian Assancın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Assancın həyat yoldaşının nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət Assancın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir və ayrıca qeyd olunduğu kimi, ABŞ-da məhkəmə onu təqsirli hesab edərsə, Assanj ölüm cəzası ilə üzləşməyəcək.

Qeyd edək ki, Britaniya məhkəməsi Assancı dərhal ABŞ-a təhvil verməkdən imtina etmişdi.

Seçilən
78
6
Mənbələr
Şərh ()
Bağla