AZ

Macarıstan: "Rusiya qazını baha qiymətə almırıq"

"Macarıstan təbii qazı Rusiyadan başqa heç kimdən bu qədər ucuz ala bilməzdi". 

Valyuta.az xəbər verir ki, bu sözləri "Mandiner"ə müsahibəsində Macarıstanın energetika naziri Çaba Lantos deyib.

O, Macarıstanın Rusiyanın mavi yanacağına həddindən artıq pul ödəməsi ilə bağlı söhbəti yalan adlandırıb.

"Hökumətin Rusiya qazını baha qiymətə alması ilə bağlı yayılmış yanlış fikirləri təkzib etmək istərdim. Bu doğru deyil. Biz Macarıstan sərhədinə qədər heç kimdən bu qiymətə təbii qaz ala bilməzdik", deyə Lantos bildirib.

Nazir vurğulayıb ki, Macarıstan öz qaz mənbələrini Xorvatiya və Rumıniyadan tədarük etməklə diversifikasiya etsə də, regionun infrastruktur xüsusiyyətləri və sahil xəttinin olmaması səbəbindən ölkə indi Rusiyanın mavi yanacağından imtina edə bilməz.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirmişdi ki, Ukrayna Rusiya qazını Avropaya tranzit etməkdən imtina edərsə, "Türk axını" qaz kəməri ölkəni kifayət qədər yanacaqla təmin edəcək.

Paşa Məmmədli

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla