AZ

Rusiya-Belarus arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Ötən il Rusiya Federasiyası və Belarus ticarət dövriyyəsində rekord səviyyəyə çatıb, iki ölkənin qarşılıqlı ticarət dövriyyəsi 4,2 trilyon rublu ötüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin “Rossiya-24” telekanalında yayımlanan belaruslu həmkarı Roman Qolovçenko ilə dialoq zamanı bildirib.

“Biz qarşılıqlı ticarət dövriyyəsində yenidən rekord səviyyəyə malikik. Bu, 4 trilyon 200 milyard Rusiya rublu və ya demək olar ki, 150 milyard Belarus rublu deməkdir”.

Hökumət başçıları həmçinin Rusiya və Belarus sahibkarlarına malların sərhəddən daha asan daşınmasına və elektron ticarətdə iştirak etməyə imkan verəcək elektron rəqəmsal imzaların qarşılıqlı tanınması məsələlərini də müzakirə ediblər. İki ölkədən tranzit yük daşımaları 20 milyon ton təşkil edib.

Mişustin qeyd edib ki, “Bu qərarlar Birlik Dövlətində inteqrasiyanın dərinləşməsi üçün sistemli əhəmiyyət kəsb edir”.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla