AZ

Türkiyə 185 ölkəyə hərbi təyinatlı məhsul ixrac edilir

Türkiyənin müdafiə sənayesi son dövrdə nəhəng layihələrə imza atıb. Ölkəmizin bu sahədə idxaldan asılılığı sürətlə azalıb.

Xezerxeber.az xəbər verir ki, bunu Ankarada keçirilən hökumət iclasının yekunlarına dair brifinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, hazırda Türkiyədə 90 milyard ABŞ dolları həcmində 850 müxtəlif müdafiə təyinatlı layihə icra olunur. Dövlət başçısının sözlərinə görə, Türkiyə istehsalı 230 növ silah, müdafiə sistemi və hərbi avadanlıq 185 ölkəyə ixrac edilir.

“Müdafiə sənayemiz dövlətin gücünə və Türkiyənin dünyada artan nüfuzuna ciddi töhfə verir. Müasir Türkiyə müdafiə sahəsində daxili tələbatı qarşılayan ölkəyə çevrilib”, - deyə Prezident Ərdoğan vurğulayıb.

2012-ci ildən bu günə kimi 50 ölkə ilə PUA satışına dair 770 müqavilənin imzalandığını bildirən Türkiyə lideri, yalnız 2023-cü il ərzində ölkədən 1,8 milyard ABŞ dolları həcmində pilotsuz uçuş aparatının ixrac edildiyini deyib. “Türkiyə "Akıncı", "TB2", "AKSU" və bu kimi digər müasir pilotsuz uçuş aparatlarına, texnologiyalarına sahib dünyanın 3 lider dövlətindən birinə çevrilib. Müdafiə sektorumuz, eyni zamanda, kamikadze-PUA-ları istehsal edir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

O, həmçinin bildirib ki, Türkiyədə istehsal olunan yüngül atıcı silahlar 110 ölkəyə ixrac edilir.

Seçilən
190
2
Mənbələr
Şərh ()
Bağla